Təhlükəsizlk üzrə türkiyəli mütəxəssis, keçmiş "Bordo
bereli” Mete Yarar Afrində həyata keçirilən "Zeytun budağı”
anti-terror əməliyyatı ilə bağlı maraqlı açıqlamalar verib.
M.Yarar türk ordusunun Afrində
hər gün 6-7 kilometr irəlilədiyini deyib: "Halbuki, normal halda
minalanmış ərazidə hər gün 15 metrdən artıq irəliləmək mümkün
olmur. Bizim əsgərlərimiz isə fərqli cəbhələrdən hər gün 6-7
kilometr irəliləyir. Çünki bizim əsgərlər uzun illərdir bu cür
əməliyyatlarda iştirak edir. Hazırda türk ordusunda hər kəsin
müharibə təcrübəsi var. Dünyada bu qədər böyük müharibə təcrübəsinə
malik olan başqa ordu yoxdur”.
M.Yarar qeyd edib ki, Ərdoğanın da dediyi kimi "yatan divi
oyandırdılar”.
"Əsl qorxuları da Türkiyənin oyanması idi”, - deyə türkiyəli
mütəxəssis vurğulayıb./publika.az