Xəzər Xəbər

Rusiyada kütləvi zəhərlənmə: 150 nəfər xəstəxanalıq oldu

Dünya | 13:55 • 14 Yanvar 2018
Rusiyada kütləvi zəhərlənmə:

Rusiyanın Ulan-Ude şəhərində kütləvi zəhərlənmə olub.

"Şulon do” kafesində eyni gündə nahar edən 150 müştəri zəhərlənib. Məlum olub ki, kütləvi zəhərlənməyə salmonellez infeksiyası səbəb olub.

Zəhərlənən 64 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda kafe bağlanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti