Xəzər Xəbər

9 yaşlı xərçəng xəstəsi olan uşaq bacısının dünyaya gəlişini gözlədi, ona ad qoydu və ...

Dünya | 13:31 • 14 Yanvar 2018
9 yaşlı xərçəng xəstəsi olan uşaq

Xərçəng xəstəliyindən əziyyət çəkən 9 yaşlı uşaq bacısının dünyaya gəlməsini gözləyib və ölüb.

Böyük Britaniyada yaşanan hadisə dünya mediasının diqqətini çəkib. Uşağın ölümü insanları sarsıdıb.

9 yaşlı Beyli Kuper bacısının dünyaya gəlişini gözləyib. Həmin günə qədər uşağın səhhətində ağırlaşma müşahidə edilməyib. Bacısı dünyaya gəldiyi gün onunla şəkil çəkdirib və ertəsi gün dünyasını dəyişib.

Həkimlər uşağa daha qısa zaman qoysalar da, Beyli valideynlərinə "mən bacımı görmədən ölməyəcəm" deyirdi.

Oğlanın anası 28 yaşlı Reyçel yeni doğulan qız övladına Beylinin ad qoymasını istəyib. Beyli bacısına Meli adını verib. Bir gün sonra isə vəfat edib./publika.az

Xəbər lenti