Xəzər Xəbər

İranda yenidən zəlzələ oldu

Dünya | 11:04 • 14 Yanvar 2018
İranda yenidən zəlzələ oldu

İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Şiraz şəhərindən 113 kilometr cənubda, ocağı isə 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti