Xəzər Xəbər

Türkiyə ordusu Suriyada yeni əməliyyata hazırlaşır

Dünya | 15:57 • 13 Yanvar 2018
Türkiyə ordusu Suriyada yeni əməliyyata hazırlaşır

Türkiyə ordusu qarşıdakı yaxın günlərdə Suriyada PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyat aparmağa hazırlaşır.

APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) konfransında bəyan edib.

"Türkiyə Suriyada İdlib əməliyyatı ilə bu terror dəhlizinin qərb qanadını çökdürdü. Afrində terrorçular təslim olmasalar, oranı da onların başına yıxacağıq. Suriyanın Münbic bölgəsindən terrorçuların çıxacağı ilə bağlı bizə verilən vəd yerinə yetirilməzsə, öz göbəyimizi özümüz kəsəcəyik. Bir həftə tamamlanmamış nə edəcəyimizi görəcəklər. "Fərat Qalxanı" əməliyyatı zamanı 3 min İŞİD terrorçusunu məhv etmişdik, sabah lazım olsa, 3 min terrorçunu da məhv edərik. Buradan Suriyadakı terror təşkilatlarını dəstəkləyən müttəfiqlərimizə özlərinə sual verməyə dəvət edirəm. ABŞ Suriyada PYD/YPG terror təşkilatına 4 min 900 yük maşını silah və texnika göndərib. Belə müttəfiqlik olmaz. Terrorçulara 2 min təyyarə ilə havadan silah yükləri atıldığını da bilirik. Verilən silahların bir qismi "qara bazar"da satılmağa başladı, bir qismini də bizə qarşı istifadə edirlər. Biz bölgədə siyasətimizi ABŞ-la birgə həyata keçirmək istəyirik. Bu, birtərəfli ola bilməz. İlanla bir yatağa girənlər nəticələrinə də dözər. ABŞ ilan çuxurunda olmaqda bu qədər israr göstərirsə, biz öz başımızın çarəsinə baxarıq”.

Xəbər lenti