Xəzər Xəbər

Ukraynada son 5 ayda benzinin qiyməti 20 faiz artıb

Dünya | 15:36 • 13 Yanvar 2018
Ukraynada son 5 ayda benzinin qiyməti 20 faiz artıb

2017-ci ilin avqustundan 2018-ci il yanvarın ortalarına qədər Ukraynada benzinin qiyməti 4-5 qriven bahalaşıb ki, bu da rekord göstəricidir.


AZƏRTAC xəbər verir ki, hazırda Ukraynada bir çox şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində A-92 markalı benzin 30,95, A-95 – 31,95, A-95 "Premium”-32,95 və dizel yanacağı 29,45 qrivenə satılır (1 dollar 28,45 qrivendir).


Ekspertlər Ukraynada benzinin qiymətinin yay aylarına qədər yenə artacağını proqnozlaşdırırlar.


Yanvarın sonuna qədər isə yanacağın qiymətinin daha 1-1,5 qriven artacağı qeyd edilir.

Xəbər lenti