Xəzər Xəbər

Çexiyada prezident seçkilərinin ikinci günü start götürüb

Dünya | 12:05 • 13 Yanvar 2018
Çexiyada prezident seçkilərinin ikinci günü start götürüb

Çexiyada prezident seçkilərinin ikinci günü başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 11:00) açılıb və saat 14:00-dək işləyəcək.


AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, dünən - seçkilərin birinci günü seçki məntəqələrinə səsvermə hüququ olan vətəndaşların beşdə ikisi gəlib.


Çexlər prezidenti 9 namizəd arasından seçməlidirlər. Sorğuların nəticələrinə əsasən, dövlət başçısı postuna əsas namizədlər hazırkı prezident Miloş Zeman və Çexiya Elmlər Akademiyasının sabiq başçısı İrji Draqoşdur.


Zeman özünün antimüsəlman baxışları ilə tanınır. Onun fikrincə, 2015-ci ilin miqrasiya böhranı Avropaya "təşkil olunmuş müdaxilədir”. Müsəlmanlar Avropa ölkələrinə inteqrasiya olunma bilməzlər. O, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına dəfələrlə çağırış edib.


Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın "Aİ-də daha fəal rol oynamasını” vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.


Əgər namizədlərdən biri səslərin mütləq çoxluğunu toplaya bilməsə, yanvarın 26-27-də səsvermənin ikinci turu keçiriləcək.


Çexiyada ümumi prezident seçkiləri ikinci dəfədir keçirilir. 2013-cü ilədək respublikanın başçısı parlamentin hər iki palatasının deputatları tərəfindən seçilirdi. 2013-cü il seçkilərinin nəticələrinə görə, 54,8 faiz səs toplamış Miloş Zeman prezident oldu.


Çexiya prezidenti beş il müddətinə seçilir.

Xəbər lenti