Xəzər Xəbər

Əfqanıstanın şimalında 17 “Taliban” silahlısı məhv edilib

Dünya | 09:37 • 13 Yanvar 2018
Əfqanıstanın şimalında 17 “Taliban” silahlısı məhv edilib

Əfqanıstanın şimalında xüsusi əməliyyat nəticəsində azı 17 "Taliban” silahlı məhv edilib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə "Sinxua” agentliyinə yerli polis nümayəndəsi Səid Sərvər Hüseyni bildirib.

Onun sözlərinə görə, yanvarın 12-də silahlıların sığınacağınaedilən hücum zamanı azı 17 "Taliban” üzvü öldürülüb.Əməliyyat ölkənin Balx əyalətindəkeçirilib.

"Taliban” məlumatı hələ ki, şərh etməyib.

Qeyd edək ki, son aylar ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb.

Xəbər lenti