Xəzər Xəbər

Yıldırım: Türkiyə ABŞ-dan daha təhlükəsizdir

Dünya | 16:13 • 12 Yanvar 2018
Yıldırım: Türkiyə ABŞ-dan daha təhlükəsizdir

Türkiyə ABŞ-dan daha təhlükəsizdir.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Türkiyəyə səfər etməmək çağırışını şərh edərkən deyib.

B.Yıldırım vurğulayıb ki, heç bir ölkə terror aktlarından sığortalanmayıb.

Baş nazir əlavə edib: "Sanki elə təəssürat yaranır ki, ABŞ şəhərlərində terror aktları olmur”. (Trend)

Xəbər lenti