Xəzər Xəbər

Ərdoğan Qətərə gedib

Dünya | 09:43 • 15 Noyabr 2017
Ərdoğan Qətərə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə gedib.

Türkiyə liderini Doha Beynəlxalq Hava Limanında Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl Аdiyyə, Türkiyənin Qətərdəki səfiri Fikrət Özər və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə prezidentin xanımı Əminə Ərdoğan, Baş Qərargah rəisi general Əbdülhəmid Güləm, Ədliyyə, Xarici işlər, İqtisadiyyat, Energetika və Təbii Sərvətlər, Gənclər və İdman nazirləri, habelə digər yüksək rütbəli məmurlar daxildir.

Xəbər lenti