Xəzər Xəbər

Zəlzələ xarabalığında ilk körpə doğuldu

Dünya | 15:48 • 14 Noyabr 2017
Zəlzələ xarabalığında ilk körpə doğuldu

Noyabrın 12-də İranda baş verən 7,2 ballıq zəlzələdən sonra güclü dağıntıların olduğu Serpol Zahap şəhərində ilk körpə dünyaya gəlib.

Körpə insanların məskunlaşdığı çadırda doğulub.

Yaxınları uşağın adını Ava qoyublar. Körpənin doğulması son günlər gələn bəd xəbərlər arasında insanlar tərəfindən sevinclə qarşılanıb.

Xəbər lenti