Xəzər Xəbər

İnanılmaz iş təklifi: Meksika kurortlarında istirahət et və ayda 10 min dollar al..

Dünya | 15:21 • 14 Noyabr 2017
İnanılmaz iş təklifi:

Meksikanın Kankun şəhərində yerləşən kurortlar şəbəkəsi maraqlı vakansiya elanı ilə çıxış edib. "Macəralar üzrə direktor” kimi təqdim edilən vakansiyanın vəzifələrini qısa şəkildə belə ifadə etmək olar: Kurortda yaşa, kef elə, ayda da 10 min dollar al…

İşə qəbul edilən şəxslərin vəzifələri isə kifayət qədər maraqlı və cəlbedicidir. Onlar ərazini gəzib maraqlı yerlərin şəkil və videolarını çəkəcəklər, sonra isə kurort zonasının gözrməli yerləri barədə öz sosial şəbəkə səhifələrində paylaşımlar edəcəklər.

Elanda bildirilir ki, işə götürülən şəxs regionda istənilən kurortun ən dəbdəbəli otellərində pulsuz qalmaq hüququ əldə edəcək.

Ərizələr dekabrın 15-nə qədər qəbul edilir. Ərizə ilə birlikdə sosial şəbəkə səhifənizin linki və özünün barədə qısa video da tələb olunur.

2018-ci ilin yanvarında Cancun.com saytı 50 ən yaxşı namizədi seçəcək, daha sonra onlar qalibin müəyyən edilməsi üçün Kankun şəhərinə uçacaqlar. Səfərin bütün xərcləri kurort tərəfindən ödəniləcək. (Bizimyol.biz)

Xəbər lenti