Xəzər Xəbər

Venesuela sosial şəbəkələrə senzura tətbiq edəcək

Dünya | 14:54 • 14 Noyabr 2017
Venesuela sosial şəbəkələrə senzura tətbiq edəcək

Venesuela hökuməti sosial şəbəkələr üzərində nəzarət tətbiq etməyə hazırlaşır.

İKT.lent.az-ın Venesuela mediasına istinadən verdiyi xəbərə görə, rabitə və informasiya naziri Xorxe Rodrigez bildirib ki, Telekommunikasiya üzrə Milli Komissiya (Conatel) sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsini öz üzərinə götürəcək. Məqsəd istifadəçilər arasında "nifrətin qızışdırılması”nın qarşısını almaqdan ibarətdir. "Conatel necə ki, KİV-ə lazımi səviyyədə nəzarət edir, sosial şəbəkələrə də o cür nəzarət edəcək”, - deyə o, söyləyib.

Nazirin sözlərinə görə, bu iş xüsusi texnologiyaların köməyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, ötən həftə Venesuela Milli Assambleyası ”Tolerantlıq, dinc birgəyaşayış naminə və nifrətə qarşı qanun” qəbul edib. Qanun internet saytlarını blok etməyə icazə verir.

Xəbər lenti

Çox oxunanlar