Xəzər Xəbər

Neft ölkəsində dollar 18 dəfə bahalaşdı

Dünya | 14:12 • 14 Noyabr 2017
Neft ölkəsində dollar 18 dəfə bahalaşdı

Venesuelada ABŞ dollarının nağd məzənnəsi bu ilin əvvəlindən 18 dəfə artaraq 55 000 bolivara (VEF) çatıb.

Təkcə son bir həftədə Venesuelada dollar 20% bahalaşıb.

Dolların bahalaşmasına səbəb onsuz da iqtisadi böhran içərisində olan Venesuelada oktyabr ayında neft hasilatının son 28 ildə ilk dəfə 2 mln. barel/gün səviyyəsindən aşağı düşməsi xəbəri olub. Qeyd edək ki, oktyabrda Venesuelada neft hasilatı sentyabr ayı ilə müqayisədə 130 min barel/gün və ya 6,25% azalaraq 1,95 mln. barel/günə enib. 2015-ci illə müqayisədə isə hasilat 700 min barel və ya 26%azalıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb. Bir neçə gün bundan öncə isə Venesuela Rusiyaya olan 1 mlrd. dollar borcunun qarşılıqlı razılaşma əsasında restrukturizasiyasına nail olub.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Venesuelada inflyasiyanın 653%, 2018-ci il üçün isə 2 350% olacağını proqnozlaşdırır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti