Xəzər Xəbər

Gürcüstanda yanacaq bahalaşıb

Dünya | 13:46 • 14 Noyabr 2017
Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.

 

Yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

 

Gürcüstanda yanacağın artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir. (APA)

Xəbər lenti