Xəzər Xəbər

Gürcüstanda yeni nazirlər səlahiyyətlərinin icrasına başlayıblar

Dünya | 13:25 • 14 Noyabr 2017
Gürcüstanda yeni nazirlər səlahiyyətlərinin icrasına başlayıblar

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili yeni nazirlərin təyinatı barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Dmitri Kumsişvili Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, Mamuka Baxtadze maliyyə naziri, Mixail Çxenkeli elm və təhsil naziri, Qeorqi Qaxariya isə daxili işlər naziri vəzifələrinə təyin olunublar.

D.Kumsişvili, eyni zamanda, Baş nazirin birinci müavini, Q.Qaxariya isə Baş nazirin müavini vəzifələrini də icra edəcəklər.

Baş nazir Giorgi Kvirikaşvilinin digər sərəncamına əsasən daxili işlər, elm və təhsil, maliyyə və iqtisadiyyat nazirlərinin səlahiyyətlərini icra edən müavinlərin icraçılıq fəaliyyətləri dayandırılıb. Onlar artıq bu gündən nazir müavini vəzifələrini icra edəcəklər.

Nazirlər bu gün təyin olunduqları strukturların kollektivinə təqdim olunublar. (AZƏRTAC)

Xəbər lenti