Xəzər Xəbər

Tramp noyabrın 15-də “böyük bəyanat”la çıxış edəcək

Dünya | 12:03 • 14 Noyabr 2017
Tramp noyabrın 15-də

ABŞ prezidenti Donald Tramp Asiya turnesindən Vaşinqtona qayıdan zaman Şimali Koreya üzrə "böyük bəyanat”la çıxış edəcək.

"Röyters” agentliyi xəbər verir ki, bu haqda ABC telekanalı bildirib.

Bəyanatın çərşənbə günü - noyabrın 15-də verilməsi gözlənilir.

Qeyd edək ki, Ağ Ev lideri Asiya ölkələrinə səfəri zamanı dünya ölkələrini Şimali Koreyanın raket və nüvə proqramına qarşı birləşməyə çağırıb.

Xəbər lenti