Xəzər Xəbər

Telman İsmayılov haradadır? Rusiya KİV-lərinin iddiası

Dünya | 11:07 • 14 Noyabr 2017
Telman İsmayılov haradadır?

Rusiyada 2 nəfərin ölümündə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilən məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun Türkiyədə gizləndiyi deyilir.

Bu barədə "Rossiya 24” kanalı məlumat yayıb.

Qeyd olunub ki, iş adamı Türkiyədə yaxın dostlarının əhatəsindədir. Məlumatlara görə, Rusiya tərəfi məsələ ilə bağlı Türkiyə rəsmilərinə sorğu göndərib.

Rusiyanın bəzi mətbuat oqrqanları isə İsmayılovun İsrail və ya Avropada gizləndiyini iddia edir.

Xatırladaq ki, Rusiyada Moskvanın Basman rayon məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu qətldə təqsirli bilib. İş adamı iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilib. Telman İsmayılov beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkili Marina Rusakova deyib ki, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya şikayəti verilib.

Xəbər lenti