Xəzər Xəbər

Türkiyədə fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadıla bilər

Dünya | 14:30 • 13 Oktyabr 2017
Türkiyədə fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadıla bilər

2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddən sonra tətbiq edilmiş fövqəladə vəziyyətin müddəti yenidən uzadıla bilər.

Trend-in məlumatına görə, bazar ertəsi Türkiyə Parlamenti ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə məsləyə baxacaq.

Qeyd edək ki, fövqəladə vəziyyət bu dəfə də uzadılarsa, bu artıq beşinci dəfə olacaq.

Xatırladaq ki, sonuncu dəfə bu ilin iyul ayında Türkiyə Parlamenti fövqəladə vəziyyətin daha 90 gün uzadılması barədə qərar qəbul etmişdi.

Xəbər lenti