Xəzər Xəbər

Kaliforniyada meşə yanğınları davam edir: ölənlərin sayı 31 nəfərə çatdı

Dünya | 14:13 • 13 Oktyabr 2017
Kaliforniyada meşə yanğınları davam edir:

Kaliforniyada davam edən meşə yanğınları nəticəsində 31 nəfər həyatını itirib, 400 nəfərin isə itkin düşdüyü bildirilir.

Artıq altı gündür davam edən meşə yanğınları nəticəsində 3500 ev külə dönüb. Kaliforniya ştatının Kalistoqa şəhərində 5 min nəfərin evakuasiya edildiyi bildirilir. ABŞ rəsmiləri meşə yanğınlarının dövlətə hazırda 2 milyard dollar ziyan vurduğunu elan ediblər.

Xəbər lenti