Xəzər Xəbər

ABŞ kəşfiyyatından Şimali Koreya barədə XƏBƏRDARLIQ

Dünya | 14:11 • 14 Sentyabr 2017
ABŞ kəşfiyyatından Şimali Koreya barədə

ABŞ kəşfiyyatı Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raketin işə salınmasına hazırlığın əlamətlərini qeydə alıb.

Bu haqda üç yüksək vəzifəli hərbi mənbəyə istinadən NBC telekanalı bildirib.

Mənbələrin məlumatlarına görə, KXDR son iki gün ərzində raket işəsalma qurğuları və müdafiə olunmuş start mövqeləri hazırlayır.

Xatırladaq ki, KXDR sentyabrın 3-də qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulmuş hidrogen hərbi yükü sınaqdan keçirib. Bu, Pxenyanın altıncı nüvə sınağı idi. Bundan bir həftə əvvəl isə ölkə ballistik raketin sınaqlarını keçirib.

BMT Təhlükəsizlik Şurası sınaqlara cavab olaraq Şimali Koreya barəsində yeni sanksiyaları tətbiq edib. Sanksiyalar Pxenyanın ixracat və idxal imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti