Xəzər Xəbər

Rusiyadan Türkiyə pomidorları ilə bağlı yeni QƏRAR

Dünya | 17:30 • 13 Sentyabr 2017
Rusiyadan Türkiyə pomidorları ilə bağlı

Rusiya Türkiyədən pomidor tomatlarının tədarükünə qışdan tez icazə verməyəcək.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Alkesandr Tkaçyov deyib.

Nazir bildirib: "Biz Türkiyədə istehsal olunan pomidorları bazarlarımıza buraxarkən ilk növbədə Rusiya məhsul istehsalçılarını düşünməliyik, ona görə bazarın monitorinqini aparmalıyıq".

Qeyd edək ki, Rusiya Türkiyədən pomidor tədarükünə icazə verilməsi ilə bağlı avqustun 31-də qərar qəbul edib.

Qərardan sonra icazənin Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edildiyi barədə bəyan edilmişdi.

Xəbər lenti