Xəzər Xəbər

Nüvə raketlərinin sınaqları qasırğa yarada bilərmi?

Dünya | 16:45 • 13 Sentyabr 2017
Nüvə raketlərinin sınaqları qasırğa yarada bilərmi?

Şimali Koreyanın nüvə raketini sınaqdan keçirtməsinin ardından bu ölkədə 6.3 bal gücündə zəlzələ baş verdi. 24 saat ərzində 2 zəlzələnin baş verməsi bu cür silahların digər fəlakətlərə də yol aça biləcəyini söyləməyə əsas verir. Bəs, bu sınaqlar təhlükəli qasırğalara səbəb ola bilərmi?

Maraqlıdır, mütəxəssislər bu haqda nə düşünür. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

"Nüvə sınaqlarının qasırğa yaratma ehtimalı ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Adi zəlzələ də baş verdikdə, bunu da kiminsə üstünə atmağa çalışacaqlar. İki həftə öncə Şimali Koreya tərəfindən Nyuton bombası sınaqdan keçirildi. Nə oldu? Heç bir hadisə baş vermədi. Amerika və onun müttəfiqləri Şimali Koreyanı düzüstə çökdürmək istədilər, alınmadı. Rusiya, Çin və Hindistan bu ölkəni dəstəkləyirdi. Hər dövlət də son zamanlar Rusiya ilə kəllə-kəlləyə gəlmək niyyətində deyil. Rusiyadan çəkinirlər. Rusiyanın elə silahları var ki, heç bir dövlətin onlara hücum etməyə gücləri çatmaz”.

Ekoloqun sözlərinə görə bu cür üsullar qasırğalara səbəb olmasa da, bəzi dövlətlər tərəfindən süni qasırğalar yaratmaq mümkündür: "Deyrirlər ki, Rusiyada silah yoxdur. Rusiyada qasırğaları törədən silah olmasaydı, ABŞ çoxdan bu ölkəni dağıdardı”.

Xəbər lenti