Xəzər Xəbər

ABŞ Çinə qarşı maliyyə sanksiyaları tətbiq edə bilər

Dünya | 14:55 • 13 Sentyabr 2017
ABŞ Çinə qarşı maliyyə sanksiyaları tətbiq edə bilər

Çin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qəbul etdiyi sanksiyalara riayət etməsə, ABŞ rəsmi Pekinə qarşı maliyyə sanksiyaları tətbiq edəcək. "Report" "Rambler News Agency" agentliyinə istinadən xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) bildirib.

"Əgər Çin sanksiyalarla bağlı şərtlərə əməl etməsə, biz ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyik. Nəticədə Çinin Amerika və beynəlxalq dollar sisteminə çıxışı bağlanacaq", - deyə nazir əlavə edib.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Ş.Koreyanın 6-cı və ən güclü nüvə silahını sınağdan keçirməsindən sonra bu ölkəyə yekdilliklə sanksiyaların tətbiqi qərarını qəbul edib. Yeni sanksiyalar bu ölkədən tekstil ixracını və ölkəyə neft idxalını məhdudlaşdırır.

Xəbər lenti