Xəzər Xəbər

Penitensiar Xidmətin direktor müavini saxlanıldı

Dünya | 14:29 • 13 Sentyabr 2017
Penitensiar Xidmətin direktor müavini saxlanıldı

Rusiya Federal Penitensiar Xidmətinin direktor müavini Oleq Korşunov saxlanılıb.

Bu barədə "TASS"-a hadisədən xəbərdar olan mənbə deyib. Oleq Korşunov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Mümkün qətimkan tədbiri barədə suala cavabında mənbə bildirib: "Korşunov həbs ediləcək. Bununla bağlı qərar sabah qəbul ediləcək".

Qeyd edək ki, Federal Penitensiar Xidmətinin direktor müavini saxlanılan zaman məzuniyyətdə olub. /azvision.az

Xəbər lenti