Xəzər Xəbər

Putinin Trampa göndərdiyi gizli TƏKLİF

Dünya | 12:08 • 13 Sentyabr 2017
Putinin Trampa göndərdiyi gizli

Vladimir Putin Trampın prezidentliyə başlamasından 3 ay sonra Dövlət Deparatamentinə münasibətlərin normallaşması təklifi ilə öz diplomatını göndərib.

 

Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, təklifdə iki ölkə arasında bütün diplomatik və hərbi kanalların bərpası, xüsusi xidmət orqanlarının əməkdaşlığı yer almışdı.

 

Bunun üçün yazda Rusiya prezidentinin kibertəhlükəsizlik üzrə nümayəndəsi Andrey Krutskix ilə amerikalı həmkarının görüşü, sonradan isə Əfqanıstan, İranın nüvə problem, Ukraynadakı böhran və Şimali Koreya ilə bağlı müzakirələrin keçirilməsi gözlənilirdi.

 

Növbəti mərhələdə Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi və müdafiə nazirinin rusiyalı həmkarları ilə görüşü planlaşdırılırdı.

Lakin Moskva istəyinə tam nail ola bilməyib.

Xəbər lenti