Xəzər Xəbər

Amerika Neft İnstitutu: Ölkədə benzin ehtiyatları azalıb

Dünya | 11:38 • 13 Sentyabr 2017
Amerika Neft İnstitutu: Ölkədə benzin ehtiyatları azalıb

Ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları artıb.

Bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir.

Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 6,18 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların 10,1 milyon barrel azalacağı istiqamətində idi.

ABŞ-da benzin ehtiyatları hesabat həftəsində 7,8 milyon barrel azalıb. Bazar proqnozları isə ehtiyatların 4 milyon barrel azalacağı yönündə idi.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.

Xəbər lenti