Xəzər Xəbər

İraq və Suriyada İŞİD üçün 2,5 minə yaxın avropalı döyüşür

Dünya | 09:48 • 13 Sentyabr 2017
İraq və Suriyada İŞİD üçün 2,5 minə yaxın avropalı döyüşür

İraq və Suriyada İŞİD terror təşkilatı tərəfində 2,5 minə yaxın avropalı döyüşür.

Xezerxeber.az məlumat verir ki, bunu Avropa İttifaqının terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov Almaniyanın Welt qəzetinə müsahibəsində bildirib.

Əvvəllər İraq və Suriyada beş minədək avropalının vuruşduğunu bildirən Kerşov deyib: "Onların 1,5 min nəfəri qayıdıb, min nəfərə qədəri həlak olub. Qalan 2,5 min nəfərin çoxu döyüşlərdə öləcək, yaxud İŞİD tərəfindən qətlə yetiriləcək. Çünki bu təşkılat fərarilərə dözmür”.

Koordinator gələcəkdə Avropaya çoxlu miqdarda İŞİD yaraqlısının qayıdacağını gözləmədiyini də bildirib: "İŞİD-in Mosuldakı qalaları dağıldıqdan sonra Avropaya az sayda yaraqlı qayıtdı. Bizim əndişələrimiz özünü doğrultmadı. Düşünmürəm ki, bundan sonra Avropaya çoxlu silahlı qayıtsın”.

Xəbər lenti