Xəzər Xəbər

Finlandiya ordusu kompüter oyunlarına 3 milyon avro ödəyəcək

Dünya | 18:07 • 12 Sentyabr 2017
Finlandiya ordusu kompüter oyunlarına 3 milyon avro ödəyəcək

2018-ci ildən etibarən Suomidəki hərbi hissələrin hər birində çağırışçılar döyüşü imitasiya edən xüsusi kompüter oyunlarında məşq edəcəklər.


AZƏRTAC xəbər verir ki, "Virtual Battle Space 3” videooyununda finlandiyalı hərbçiləri eyni vaxtda iki rayona soxulmuş düşmənləri izləməli və saxlamalı olacaqlar. Treninqin şərtlərinə görə, düşmənlərdən birini güllələmək lazımdır. Simulyator oyunu üçün otaqlarda 1200 kompüter quraşdırılacaq. YLE teleradio şirkəti bildirir ki, ölkənin Müdafiə Qüvvələri bu məqsədlə 3 milyon avro xərcləyəcəklər.


Belə oyunlar silahdan istifadə edilmədən bir sıra vəziyyətləri modelləşdirməyə, habelə qoşunların hərəkətini quş uçuşu yüksəkliyindən izləmək qabiliyyətini inkişaf etdirməyə imkan verəcək.


Hərbçilər kompüter qarşısında treninqdən sonra real həyatda analoji ssenarilər üzrə təlim keçəcəklər.

Xəbər lenti