Xəzər Xəbər

Tramp zarafat edirmiş…

Dünya | 15:13 • 13 Avqust 2017
Tramp zarafat edirmiş…

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsini "zarafat" adlandırıb.Tramp Putinin Moskvadakı ABŞ diplomatlarının sayını kəskinşəkildə azaltmaq planlarına təşəkkürlə reaksiya verərəkən bütün media bunu tamamilə ciddi bəyanat kimi qəbul etmişdi.Buna görə prezidentinünvanına sərt tənqidlər səslənmişdi.

Həm demokratlar, həm də Tramp-ınöz partiyasınınüzvləri - respublikaçılar arasında bunu "qeyri-vətənpərvər" hərəkət kimi qiymətləndirənlər olmuşdu.

Trampbildirmişdi:"Mən ona təşəkkür etmək istəyirəm,çünki biz maaşxərclərini azaltmaq istəyirik.Mən onaçox minnətdaram ki, oçox sayda adamın işdənçıxmasına kömək edib,çünki bizim indi maaşüçün büdcəmiz kiçikdir. Onların ora qayıtmasına heçbir real ehtiyac yoxdur…Bizçoxlu pula qənaət edəcəyik”.

Putin göstərişverib ki, ABŞ-ın Rusiyadakısəfirlik və konsulluq işçilərinin sayı1200 nəfərdən 450 nəfərə endirilsin.Bu, ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalar qoymasına cavabdır. Konqres Rusiyanı ABŞ-dakı ötənilki prezident seçkilərinə müdaxilə etməkdə suçlayıb və buna görə Kremlə qarşısanksiyaların sərtləşdirilməsinə səs verib. Tramp qanunu tənqid etsə də, imzalayıb.

Donald Trampın təşəkkürühəm də ona görə birmənalıqarşılanmamışdıki, o, bir müddət əvvəl ABŞDövlət Departamentinin xərclərinin təxminən 30 faiz azaldılmasıhaqqında təklif vermişdi.Üstəlik də seçki məsələsində Kremllə gizli işbirliyi ilə bağlıiddialar elə Trampınöz komandasına qarşıyönəlib.Hazırda Federal Təhqiqat Bürosu bu məsələni aydınlaşdırmaqüçün araşdırma aparır.

Seçki dövründə Tramp-ın qərargahının mühüm fiqurlarından olmuş Paul Manafortun evində bu günlərdəaxtarış da aparılıb.ABŞ prezidenti bildirir ki, o heç zaman Putinin adamları ilə seçki mövzusunu müzakirə etməyib və onun seçki kampaniyasışəffaf olub.

Xəbər lenti