Xəzər Xəbər

Yayda anormallıq - 2 metrdən çox qar yağdı - FOTOLAR

Dünya | 14:27 • 12 Avqust 2017
Yayda anormallıq -

İsveçrədə qızmar istilərin yerinə anormal qış gəlib.

Avqustun 11-də İsveçrədə bir neçə saat ərzində 2 metrdən çox qar yağıb.

İsveçrədə bir neçə həftə davam edən qızmar istilərdən sonra əsl qış gəlib. Ölkənin qərb, cənub və şərq hissələrinə çoxlu qar yağıb. Dağlarda, 1900-2200 m yüksəkliklərdə qar yağışı fırtınaya çevrilib.

 

Məsələn, İsveçrənin cənub-qərbində yerləşən Arola qəsəbəsində səhər yuxudan turistlər pəncərədən baxanda nağılvari mənzərənin şahidi olublar.

Sinoptiklərin sözlərinə görə, ölkədə avqustun 9-dan başlayan soyuq hava hələ bir neçə gün də güclü yağışlarla davam edəcək.

Xəbər lenti