Xəzər Xəbər

Türkiyə ABŞ-ı yox, Rusiyanı dəstəklədi

Dünya | 15:15 • 11 Avqust 2017
Türkiyə ABŞ-ı yox, Rusiyanı dəstəklədi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir.

Nazir qeyd edib ki, sanksiyalar Türkiyənin iqtisadiyyatına zərər vuracaq.

"Əvəllər Türkiyə də sanksiyalardan əziyyət çəkib. Bizim qonşularımız və müttəfiqlərimiz arasında olan sanksiya iqtisadiyyatımıza mənfi təsir göstərir”.

Çavuşoğlu vurğulayıb ki, Türkiyə problemlərin həlli üçün başqa variantların tapılmasına çalışır: "Biz Rusiyaya qarşı sanksiyalara qatılmırıq və qarşılıqlı siyasətə üstünlük veririk”.

Xəbər lenti