Xəzər Xəbər

Maduro Trampla təkbətək görüşmək istəyir

Dünya | 11:46 • 11 Avqust 2017
Maduro Trampla təkbətək görüşmək istəyir
Venesuela prezidenti Nikolas Maduro ölkənin XİN rəhbərinə Ağ Ev rəhbəri Donald Trampla təkbətək görüş təşkil etməsi barədə göstəriş verib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumata görə, Maduro ABŞ-la münasibətləri normallaşdırmaq və danışıqlar yolu ilə rəsmi Vaşinqtonla normal və açıq siyasi münasibətlər qurmaq niyyətindədir.

Qeyd edək ki, ABŞ avqustun 9-da Venesuelaya qarşı sanksiyaları genişləndirib. /faktxəbər

Xəbər lenti