Xəzər Xəbər

Türkiyədə 1600 illik tarixi olan mozaik döşəmə aşkarlanıb

Dünya | 16:46 • 19 İyun 2017
Türkiyədə 1600 illik tarixi olan mozaik döşəmə aşkarlanıb

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı qəsəbəsində miladdan sonraya aid olan mozaika döşəmə tapılıb.

Anadolu agentliyinin məlumatına görə, mozaika Gölbaşı rayonundakı Çaxmaq məhəlləsində yerləşən plantasiyalarda iş aparan iki qardaş tərəfindən üzə çıxarılıb.

Roma İmperiyasının hakimiyyəti dövrünə aid olan tapıntı barədə dərhal aidiyyəti qurumlara məlumat verilib.

Aparılan araşdırılmalardan sonra mozaik struktur Adıyaman Muzey İdarəsinin arxeoloqlarına təqdim olunub. Arxeoloqlar tərəfindən tikilinin təxminən 1600 illik yaşa malik olduğu müəyyən edilib.

Xəbər lenti