Xəzər Xəbər

Bağçalar açıla, repetitor xidmətləri bərpa oluna bilər

Cəmiyyət | 13:05 • 22 Yanvar 2021
Bağçalar açıla, repetitor xidmətləri bərpa oluna bilər

Bağçaların fevralın 15-dək açıla biləcəyinə ümid edirik, lakin hazırda bununla bağlı proqnoz vermək çətindir.


Xezerxeber.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib.


Nazir əlavə edib ki, fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin bərpa olunacağı gözlənilir.

Xəbər lenti