Xəzər Xəbər

Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib

Cəmiyyət | 10:11 • 21 Yanvar 2021
Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib

Hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün "Facebook", "Instagram", "Twitter", "YouTube", "Telegram" sosial şəbəkələrindən istifadə olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yanvarın 21-də isə Azərbaycan Respublikası Baş Prokurorluğunun "Instagram" səhifəsi  link:https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Xatırladaq ki, ötən il noyabrın 26-da isə Azərbaycan Respublikasının Baş Prokurorluğunun "Facebook" səhifəsi – (link:https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

"Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" və "Instagram” səhifələrinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənmələrinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən köməklik edildiyi bildirilib.

Xəbər lenti