Xəzər Xəbər

Azərbaycanda ən çox qeydə alınan xəstəliklər

Cəmiyyət | 10:02 • 21 Yanvar 2021
Azərbaycanda ən çox qeydə alınan xəstəliklər

Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklər açıqlanıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.


Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Xəbər lenti