Xəzər Xəbər

“Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm" - Nazir müavini

Cəmiyyət | 10:30 • 20 Yanvar 2021
“Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm" -

"Azərbaycanda COVID-19-a qarşı başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.


O bildirib ki, vaksinasiya prosesi ilkin mərhələdə tibb işçilərinə aparılacaq: "Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.

Xəbər lenti