Xəzər Xəbər

Hökumətdən 190 manatla bağlı açıqlama

Cəmiyyət | 18:30 • 19 Yanvar 2021
Hökumətdən 190 manatla bağlı açıqlama

Nazilər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.


Hökumətdən XəzərXəbər-ə bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.


"Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.

Xəbər lenti