Xəzər Xəbər

21 gündən sonra peyvəndin ikinci dozası vurulacaq - AÇIQLAMA

Cəmiyyət | 15:54 • 18 Yanvar 2021
21 gündən sonra peyvəndin ikinci dozası vurulacaq -

Bu gün ölkəmizdə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiya prosesinə başlanılıb. Vaksinasiya strategiyasına uyğun olaraq əvvəlcə səhiyyə işçiləri peyvənd olunurlar. Poliklinika işçilərindən 100-ə yaxını vaksinasiyadan keçəcək. Bu gün peyvəndin birinci dozası vurulur. İkinci doza 21 gündən sonra vurulacaq və bundan sonra həmin şəxslərə sertifikat veriləcək.


Şəxsin vaksinasiya edilməsi üçün həkim müayinəsi və göstərişi olmalıdır. Vaksin vurduran şəxs mütləq olaraq 30 dəqiqə həkim nəzarətində olmalıdır. Bu, vaksindən sonra yarana biləcək hər hansı bir reaksiya ilə əlaqəlidir. Çinin "Sinovac” şirkətinin "CoronaVAC” vaksini təhlükəsizdir, ondan sonra reaksiyalar çox az halda qeydə alınır. Lakin baş ağrısı, yorğunluq, halsızlıq, qızdırma, hətta epileptik tutma da müşahidə edilə bilər. Birinci vaksindən sonra orqanizm koronavirusla mübarizəyə başlayır, qanda antitellər yaranır. Antitellərin əmələ gəlməsi ikinci vaksindən sonra 100 faizə yüksəlir. Antitellərin qalma müddəti isə insanın orqanizmdən asılıdır.


Bu sözləri AZƏRTAC-a müsahibəsində 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.


K.Cabbarovanın sözlərinə görə, peyvəndləmə koronavirusla mübarizənin əsas halqalarındandır: "Vaksinasiya pandemiyanın yox olmasına kömək edəcək. Lakin peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz. Pandemiya bitənə qədər maska istifadə edilməli, gigiyena qaydalarına, sosial məsafə prinsiplərinə əməl olunmalıdır. Bu virus sürətlə yayılma qabiliyyətinə malikdir. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvari yayılması deməkdir. Ona görə də təkcə vaksinasiyaya arxayın olaraq digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti