Xəzər Xəbər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər şəhərində fəaliyyətə başlayıb- VİDEO

Cəmiyyət | 14:49 • 12 Dekabr 2020
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər şəhərində fəaliyyətə başlayıb- VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.


FHN-dən "Xezerxeber.az"a verilən məlumata görə, 11 dekabr 2020-ci il tarixindən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.


Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.




Nərmin

Xəbər lenti