Xəzər Xəbər

"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"

Cəmiyyət | 15:36 • 4 Dekabr 2020
"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"

"Azərbaycan ordusunun erməni işğalından döyüşsüz azad etdiyi Ağdam rayonu tarixən aqrar rayon olub".


Bu haqda tarixçi-alim Qasım Hacıyev məlumat verib.


"Kənd Təsərrüfatı Nazirliyinə səmərəli təkliflər verilməlidir"


"Ağdam Qarabağın böyük rayonlarındandır və burada kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Rayonun ərazisinin bir hissəsi dağətəyi, bir hissəsi isə aran bölgəsidir və əkinçiliyə yararlıdır. Burada münbit, qara torpaqlar var ki, bu da aqrar sektorun inkişafını müxtəlif istiqamətlərdə təmin edə bilən amillərdəndir. SSRİ dövründə Ağdamda üzümçülük, pambıqçılıq , bağçılıq, bostançılıq geniş yayılmışdı. Özü də bu rayonda məhsuldarlıq yüksək olurdu, bu baxımdan bir çox rayonları üstələyirdi. Eyni zamanda, burada əkinə yararlı torpaqlar çox olduğuna görə kənd təsərrüfatı planları vaxtında yerinə yetirilirdi. Bildiyiniz kimi, o vaxtlar planlı iqtisadiyyat idi və bəzi rayonlarda təbii şəraitə uyğun olmayan təsərrüfatlar yaradılmışdı. Bu isə bəzən narazılıq yaradırdı. İndi sərbəst təsərrüfat dövrüdür. Ağdamın inkişaf yollarını o torpağın xarekterini bilən, orada doğulub-yaşamış, böyümüş insanlarla birlikdə müəyyən etmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyinə səmərəli təkliflər verilməlidir", - deyə o, qeyd edib.report


"Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"


"Ağdam rayonu SSRİ dövründə taxıl istehsalı üzrə ilk 3-lükdə qərarlaşmışdı. Buranın torpağı dənli bitkilərin becərilməsi üçün xüsusilə münbitdir".


Bunu isə "Report"a açıqlamasında iqtisadçı-ekspert Elman Sadıqov deyib.


"Taxılçılıqla yanaşı, Ağdamda şərabçılığı da inkişaf etdirmək olar. Bu rayonun çaxırı o vaxt bütün ittifaqda, o cümlədən Rusiyada çox məşhur idi və onun şöhrətini özünə qaytarmaq lazımdır. Bunu edə bilsək ixrac potensialımızı artıra bilərik. Şərab elə bir məhsuldur ki, dünyada ona bazar tapmaq çətin deyil. Çində belə biz Ağdam çaxırı sata bilərik. Torpağın münbitliyi üzümçülük üçün əlverişlidir. Ağdamda bu sahənin inkişafına nail ola bilərik", - deyə o, qeyd edib.


"Yəgin ki, Ağdamın ərazisi minalardan tam təmizləndikdən sonra burada ilk öncə infrastruktur layihələri həyata keçiriləcək, daha sonra konret müəssilərə işə düşəcək,məqsədyönlü iş aparılacaq. Ağdamın potensialı yüksəkdir və bu rayon həm ÜDM-in artırılmasına, həm də ixracın artımına fayda verə bilər. Sadəcə olaraq Ağdamın potensialının düzgün dəyərləndirilməsi vacibdir".


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti