Xəzər Xəbər

AZTA sədri: "Turist axını dayandığı üçün otellərin bir çoxu fəaliyyətini dayandırıb"

Cəmiyyət | 15:25 • 4 Dekabr 2020
AZTA sədri: "Turist axını dayandığı üçün otellərin bir çoxu fəaliyyətini dayandırıb"

Bu gün pandemiyadan ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Pandemiyanın turizmə vurduğu zərər nəticəsində bir çox otellər öz fəaliyyətlərini dayandırıb.


Otellərin hazırki vəziyyəti haqda Xezerxeber.az-a danışan Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib ki, ölkəyə turist axını dayandığı üçün otellərin bir çoxu bağlanıb: "Regionda olan otellərin bir qismi öz fəaliyyətini davam etdirir. Bu vəziyyət sahibkarlarla icarədarlar arasında anlaşılmazlıq yaradıb. İcarədarlar öz icarə haqlarını istəyirlər, otelləri işlədən şəxslər isə gəlir olmadığına görə həmin məbləği ödəyə bilmirlər”.


Ə.Qurbanov bir müddət əvvəl güzəştli kreditlər məsələsinin müzakirə oldunduğunu, lakin məsələnin öz həllini hələlik tapmadığını vurğulayıb:

"Həm regionlarda, həm də Bakıda bəzi otellər öz fəaliyyətini karantin mərkəzi kimi davam etdirirlər. Əgər yoluxma sayı daha da artarsa, xəstələrin bir qismi yenidən otellərə evakuasiya olunacaq”, - deyə AZTA sədri qeyd edib.

Nərmin Məcidli

Xəbər lenti