Xəzər Xəbər

COVID-19 xəstələri saxlanılıb

Cəmiyyət | 13:15 • 4 Dekabr 2020
COVID-19 xəstələri saxlanılıb

Yaşayış yerini qanunsuz tərk edərək COVID-19 virusunun daha geniş yayılmasına şərait yaradan bu virusun aktiv daşıyıcılarına qarşı profilaktik tədbirlər polislər tərəfindən davam etdirilir.


Bu barədə "Xezerxeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, paytaxtın Xətai rayonunda yaşayan Ceyhun Səmədov bu virusun daşıyıcısı olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub. Evdə özünü təcrid etməli olan bu şəxs sanitar-karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxdığı üçün Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və evə qaytarılıb.

Analoji tədbirlər Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.


Belə ki, bu tədbirlər zamanı koronavirus xəstələri olan paytaxt sakini Ruslan Əliyev və Saray qəsəbəsində yaşayan Fərhad Məmmədov yaşadıqları evləri tərk etdikləri üçün Abşeron RPİ-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediliblər. Bu şəxslərə evdə müalicə təyin edilib və onlara yaşadıqları yeri tərk etmək qadağan edilib.


Hər 3 şəxs barəsində Abşeron və Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb


"Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək məzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər", - Mətbuat Xidmətindən bildirilib.


Nərmin Məcidli

Xəbər lenti