Xəzər Xəbər

Rusiya XİN: Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub

Cəmiyyət | 17:33 • 3 Dekabr 2020
Rusiya XİN: Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub

"Dağlıq Qarabağ regionunda atəşkəsin pozulması halları qeydə alınmayıb”.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.


Onun sözlərinə görə, Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti monitorinq etməyə və atəşkəsə nəzarət etməyə davam edirlər: "Sülhməramlılar tərəfindən qaçqınların təhlükəsiz qayıdışı və mülki avto-nəqliyyatın hərəkətinin bərpası təmin olunub. Bundan başqa sülhməramlılarımız əraziləri minalardan təmizləyirlər”.


Rusiya XİN rəsmisi itkin düşən hərbçilərin axtarışı və həlak olanların cəsədlərinin dəyişdirilməsi barədə də danışıb. O, bunu həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün həssas məsələ adlandırıb, prosesin Rusiya sülhməramlılarının nəzarətində olduğunu söyləyib: "Sülhməramlılarımız müasir texniki vasitələrlə axtarışları davam etdirirlər. Dağlıq Qarabağda əsas humanitar məsələlər həll olunub. Azərbaycan və erməni tərəfinin strukturları ilə daim təmasdayıq”.


Zaxarova Dağlıq Qarabağa erməni qaçqınların qayıdışının təmin olunmasından da danışıb: "Noyabrın 14-dən bu günə kimi qayıdan qaçqınların sayı 30 minə çatır. Gündəlik olaraq 1000-2000 qaçqının qayıdışı təmin olunur. Bu istiqamətdə müvafiq beynəlxalq strukturlarla işləyirik”.apa


Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti