Xəzər Xəbər

Azərbaycana 3 ədəd səyyar COVID–19 müayinə köşkü ianə edildi

Cəmiyyət | 17:31 • 3 Dekabr 2020
Azərbaycana 3 ədəd səyyar COVID–19 müayinə köşkü ianə edildi

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına dəstək məqsədilə Koreya hökuməti Azərbaycana 3 ədəd Səyyar COVID–19 müayinə köşkü ianə edib.


Bu barədə xezerxeber.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.


Məlumata görə, dekabrın 3-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında humanitar yardımın qəbulu mərasimində agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park iştirak ediblər.


Nigar Bayramova Koreya hökumətinə öz təşəkkürünü bildirərək, deyib: "Bu addım Koreya hökumətinin müxtəlif şəraitlərdə, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində dost ölkələrə dəstəyini nümayiş etdirir. Müayinə köşkləri vasitəsilə tibb işçiləri daha az risk altında olacaqlar”.


Səfir Kim Tonq Op öz növbəsində bildirib ki, Koreya hökuməti COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində hər zaman Azərbaycan hökumətinə öz dəstəyini göstərməyə hazırdır. Onun sözlərinə görə, müayinə köşkləri xəstə ilə test götürən arasındakı təması sıfıra endirməyə, sosial məsafə normalarına riayət etməyə, fərdi mühafizə vasitələrinə ehtiyacın azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına kömək olacaq.


Qeyd edək ki, yığcam və daşınma üçün münasib olan müayinə köşkləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılacaq.


Məlumat üçün bildirək ki, bundan əvvəl Koreya hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 350 min ədəd qoruyucu KF94 maskası təhvil verilib.

Atif

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti