Xəzər Xəbər

Hikmət Babaoğlu: “Azərbaycanın artıq Minsk Qrupuna ehtiyacı yoxdur”

Cəmiyyət | 15:25 • 3 Dekabr 2020
Hikmət Babaoğlu: “Azərbaycanın artıq Minsk Qrupuna ehtiyacı yoxdur”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və dinc vasitələrlə nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk Qrupu bu müddət ərzində fəaliyyətini layiqincə yerinə yetirə bilməyib. Azərbaycanın qalibiyyəti ilə bitən 44 günlük müharibədə heç bir rolu olmayan Minsk Qrupu hazırda formal fəaliyyət göstərir.


Bu sözləri Xezerxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.


Deputat bildirib ki, ATƏT-in Minsk qrupu üçün müəyyənləşdirilmiş missiya artıq başa çatıb: "Bu qurumun indiki fəaliyyətindən danışmaq siyasi gündəmdə olan mövzu kimi qiymətləndirilə bilməz. Formal olaraq qalsa da hazırki mərhələdə funksional deyil və ona verilən mandat üzrə fəaliyyəti üçün predmet yoxdur. 28 illik fəaliyyəti dövründə o, öz missiyasını yerinə yetirməyi bacarmadı, indi isə ona ehtiyac yoxdur”.

Nərmin Məcidli

Xəbər lenti