Xəzər Xəbər

Yevlaxda COVID-19 xəstəsi aşkarlanıb

Cəmiyyət | 13:41 • 3 Dekabr 2020
Yevlaxda COVID-19 xəstəsi aşkarlanıb

Yevlaxda evini tərk edən COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.


Xezerxeber.az məlumat verir ki bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.


Bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Z.Bəkirovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu aşkarlanıb. Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmağının zəruruliyi diqqətinə çatdırılıb.

Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Nərmin Məcidli

Xəbər lenti