Xəzər Xəbər

Prezidentə yazırlar: "Sizlərlə kədərlənir, Sizlərlə sevinirdim"

Cəmiyyət | 13:05 • 3 Dekabr 2020
Prezidentə yazırlar: "Sizlərlə kədərlənir, Sizlərlə sevinirdim"

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqları işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı vətəndaşlar Prezident İlham Əliyevə məktub yazıblar.

Xezerxeber.az məktubu təqdim edir.

Dunin Valeriy Aleksandroviç, Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri: "Hörmətli cənab Prezident. Mən 1971-ci ildə Sizin də məzun olduğunuz 6 nömrəli məktəbi bitirmişəm. Sizi və bütün Azərbaycan xalqını Vətənimin ərazi bütövlüyünün bərpası və ədalətin təntənəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan haqsız olaraq ərazilərinin bir hissəsini itirəndə də, doğma torpaqları işğaldan azad edəndə də ruhən Sizin və xalqınızın yanında idim. Sizlərlə kədərlənir, Sizlərlə sevinirdim. Mən əslən rusam, köklərim, şəcərə tarixim çar dövrünə qədər gedib çatır. Bakıda Çkalov, indiki Niyazi küçəsində yaşamışam. Keçən ilin sentyabr ayında 65 illik yubileyimi Bakıda qeyd etdim. Azərbaycanda olan böyük inkişafı gözlərimlə gördüm. İlk fürsətdə Bakını mütləq bir daha ziyarət edəcəyəm. Sizi bir daha təbrik edir, bütün Azərbaycan xalqına ən yaxşı diləklərimi çatdırıram.


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
405 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti