Xəzər Xəbər

"Qarabağ Azərbaycandır!" şüarı Roli şəhərində

Cəmiyyət | 11:59 • 3 Dekabr 2020
"Qarabağ Azərbaycandır!" şüarı Roli şəhərində

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhə quraşdırılıb.


Xezerxeber.az xəbər verir ki,  Azərbaycan Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı Adika İqbala məxsus bu təşəbbüs əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan II Qarabağ savaşında qazanılan tarixi Qələbəyə həsr olunub. Soydaşımızın təşəbbüsü Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilib.


Roli şəhərinin mərkəzi avtomobil magistralının kənarında yerləşdirilən lövhədə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri də göstərilib.


Lövhənin 1 ay müddətində nümayiş olunması nəzərdə tutulub.


Nərmin Məcidli

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti